Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisəylə bağlı keçirdiyi müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin çıxışı ölkə ziyalılarının da qəzəbinə tuş gəlib.xa0
Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında bildirib ki, E.Pirverdiyev ölkə başçısının qarşısında ayın tarixini də dəftərdən oxuyur:
“Bu məsuliyyətsiz adamların çoxusu köhnəlib. Etibar Pirverdiyev görün nə qədər məsuliyyətsiz adamdır ki, cənab prezidentə məruzəsində 03.07.2018-ci il tarixini dəftərin üzündən oxuyur, çünki Azərbaycan dilində danışa bilmir. Belə adamları bir dəqiqə də vəzifədə saxlamaq olmaz. Bu ölkə başçısının qarşısında insanın məsuliyyətsizliyi deməkdir. Belə adamlar ümumiyyətlə vəzifəyə necə, hansı yollarla gəlirlər?! Bunlar xalqı aldada-aldada uzun illər necə işləyirlər? Xəstəxanalarda işıq olmadığına görə körpələr dünyasını dəyişib. Ölkə başçısını aldatmaq şərəfsizlik deyilmi?! Bu namussuzluqdu. Vəzifəyə adam oğlu adamı, kişini, insanı götürsünlər. Şəxsiyyətsiz, yaramaz adamlardan vəzifə sahibi olmaz”.
Vasif Əlihüseyn