Qəbuluna limit qoyulmayan TƏK MEYVƏ - Alma hansı dərdlərə dərmandır?

Qəbuluna limit qoyulmayan TƏK MEYVƏ - Alma hansı dərdlərə dərmandır?

Hazırda oxunan: Qəbuluna limit qoyulmayan TƏK MEYVƏ - Alma hansı dərdlərə dərmandır?

231674

Alma yeganə meyvədir ki, onu hər gün və istədiyin qədər yemək olar. Alimlərin araşdırmasına görə, almanın gündəlik qida rasionuna daxil edilməsi olduqca vacibdir.

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, alma müntəzəm olaraq istehlak edildikdə, o bəzi sağlamlıq problemlərini həll edə bilər.

Bu meyvə orqanizmdə tarazlığı qoruyan vitamin və minerallarla zəngindir. Bundan əlavə, alma qida lifi mənbəyidir. Yalnız bir meyvə gündəlik tələbatın təxminən 10 faizini ehtiva edir.

Məlumdur ki, lif yağların udulması prosesini ləngidir və bununla da qanda xolesterinin səviyyəsini tənzimləyir. Beləliklə, alma ürək-damar xəstəliklərindən qorunmağa kömək edir. Bu meyvə həm də Alzheimer xəstəliyinə tutulma riskini azaldan antioksidantlarla zəngindir.

Həkimlər almanı qabığı ilə yeməyi məsləhət görürlər. Bir atalar sözündə deyildiyi kimi: “almanı say ye, armudu soy ye”. Almanın tərkibində çoxlu faydalı maddələr var. Ancaq bu meyvənin saxlanmasına xüsusi diqqət edilməlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO