Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Böyük Qafqazın cənub yamacında, Zaqatala rayonunun Car kəndi inzibatı ərazisində yerləşən Əlibəy zirvəsində 32 yaşlı Hüseyn Məmmədovun meyiti tapılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, ehtiyatsızlıqdan açılan atəş nəticəsində həyatını itirib.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada FACİƏ – Qazinin meşədə parçalanmış meyiti TAPILDI – FOTO
H.Məmmədov hadisə zamanı dayısı oğlu 38 yaşlı Murad Nurçiyevlə birlikdə olub. Onlar Muradın çalışdığı və həmin ərazidə yerləşən Hava Məlumatı Ötürücü Stansiyasına gedirmişlər. Yol buzlu və sürüşkən olduğundan Hüseyn qəflətən yıxılıb. Bu zaman onun əlində olan 12 kalibrli ov tüfəngindən atəş açılıb. Nəticədə Hüseyn Məmmədov bədənin qarın boşluğu hissəsindən güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.
Hüseyn Məmmədovun fotolarını təqdim edirik:
Bizim.Media