Qəbələ rayon sakini Səxavət Əhmədli aldadılaraq adına 4 şirkət açıldığını və 37 min manat vergi borcu yarandığını iddia edir.
Bizim.Media xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, 2 il əvvəl tanımadığı şəxs onu aldadıb adına 4 şirkət açıb. İndi də həmin şirkətlərin vergi borcu onun adına gəlir.
Səxavət Əhmədli deyir ki, həmin şəxsin nə adını bilir, nə dəki əlaqə nömrəsini. Həmin vaxtdan iki il sonra Dövlət Vergi Xidmətindən yaşadığı ünvana məktub gəlib ki, adına olan şirkətlərin vergi borcu yaranıb.
Zərərçəkmiş deyir ki, bununla bağlı 37-ci polis şöbəsinə də məlumat verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşın şikayəti adidiyyəti üzrə yönləndirilib.
Dövlət Vergi Xidmətindən isə bildirilib ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir.
Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
Daha ətraflı ''Xəzər Xəbər''in videosüjetində:
Bizim.Media