Zaqatala sakininin yüksək dağlıq ərazidə parçalanmış meyiti tapılıb. Meyitə ilkin baxışdan sonra onun vəhşi heyvan ya da heyvanların hücumuna məruz qalması ehtimalı yaranıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında Zaqatala rayon hüquq-mühafizə orqanlarına Böyük Qafqazın cənub yamacında, rayonun Car kəndi inzibatı ərazisində yerləşən Əlibəy zirvəsində kişi cinsinə məxsus meyit aşkarlanması barədə məlumat daxil olub.
Qeyd edək ki, hadisənin baş verdiyi yer həm də Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə olunan ərazilərinə daxildir.
İlkin araşdırmalarla məlum olub ki, meyiti aşkar edilən şəxs 32 yaşlı Axaxdərə kənd sakini Hüseyn Məmmədovdur. Hüseynin hansı məqsədlə Əlibəy zirvəsinə getməsi hələlik bəlli olmasa da, onun meyitinin gətirilməsi istiqamətində iş aparılır.
Verilən ilkin məlumatlarda o da qeyd olunur ki, Axaxdərə kənd sakini Hüseyn Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı və qazidir. Döyüşlərdən birində ağır yaralanıb, uzun müddət xəstəxanalarda müalicə alıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:33 / 25.01.2025
Zaqatalada FACİƏ – Qazinin meşədə parçalanmış meyiti TAPILDI – FOTO
Hazırda oxunan: Zaqatalada FACİƏ – Qazinin meşədə parçalanmış meyiti TAPILDI – FOTO
Hazırda oxunan: Zaqatalada FACİƏ – Qazinin meşədə parçalanmış meyiti TAPILDI – FOTO
231620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.