Son illərin TRENDİ - Şəkər və çörəkdən imtina hamı üçün faydalıdır?

Son illərin TRENDİ - Şəkər və çörəkdən imtina hamı üçün faydalıdır?

Hazırda oxunan: Son illərin TRENDİ - Şəkər və çörəkdən imtina hamı üçün faydalıdır?

231535

Son illər dünyada tibb mütəxəssisləri, dietoloqlar hər kəsə çox su içməyi, çörəkdən və şəkərdən tamamilə imtina etməyi tövsiyə edir. Son dövrlərin dəbinə çörək və şəkərdən imtina da qoşulub.

Artıq əksər insanlar çörəyi gündəlik qida rasionundan ya tamamilə çıxarıb, ya da azaldıb. Bəziləri isə ağ çörəyi qara çörəklə əvəzləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Səhər yeməyi ilə bağlı vacib TÖVSİYƏ


Mütəxəssislərin bəzisi bu qidalardan tamamilə imtinanın xeyirli olduğunu desələr də bəziləri çörək və şəkərdən imtanının orqanizmdə fəsadlar yarada biləcəyini deyirlər.

Suyun insan orqanizminə xeyri hər kəsə bəllidir. Lakin hər kəsə eyni miqdarda sudan istifadə də bəziləri tərəfindən qəbuledilməzdir.

Bəs, gündə 2 litrdən çox su içmək, şəkər və çörəkdən imtina hamı üçün sağlıqlı hesab edilə bilər? 

Mövzuyla bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, dieta hər bir insana individual tətbiq edilən prosesdir.

“Əgər kiminsə normadan artıq çəkisi varsa, bunlar ciddi şəkildə dietaya başlayırlar. Dieta edəndə kalorili qidalardan uzaqlaşırlar, gün ərzində sərf elədikləri enerji qəbul elədikləri kaloridən üstün olur. Belə olduqda maye qəbul edilməsi onlar üçün yaxşıdır, mayesiz insan çox yaşaya bilməz. Amma qida qəbul etmədən yaşaya bilər. Bu, onu göstərir ki, insanda ən güclü həyat mənbəyi maye hesab edilir. İnsan bədən çəkisinin də 50-dən 70 faizə qədəri mayedən ibarətdir. Burada maye əsas rollardan birini oynayır. Yəni bu deyilənlər hamıya şamil olunmur. Əgər bir adamın bədən çəkisi normadan lap aşağıdırsa, gedib xeyirdi deyə çox su içməli deyil. Yəni hər bir vətəndaş üçün qidalanmaların formaları ayrı-ayrılıqda tətbiq olunur. Əgər bir adamın çəkisi normal çəki indeksindədirsə, o, idmanla məşğul olma, müxtəlif çeşidli qidalardan, normal istirahət rejimindən istifadə eləsin”.

O, bəzi qidalardan tamamilə imtinanın düzgün olmadığını bildirib:

“İnsanın karbohidrat, zülal, yağlara ehtiyacı var. Bunu da qidalardan əldə edir. Deyilən dietanı bütün insanlara eyni səviyyədə tətbiq etmək olmaz”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO