Azərbaycanlıların çox çörək yeməsi psixoloji TRAVMADIR - BMT-nin açıqlamasına ekspert RƏYİ 

Azərbaycanlıların çox çörək yeməsi psixoloji TRAVMADIR - BMT-nin açıqlamasına ekspert RƏYİ 

Hazırda oxunan: Azərbaycanlıların çox çörək yeməsi psixoloji TRAVMADIR - BMT-nin açıqlamasına ekspert RƏYİ 

87670

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2019-cu il məlumatına görə, Azərbaycan dünyada buğda istehlakına görə, 4-cü yerdədir.

Azərbaycan əhalisi dünyada ən çox buğda istehlak edən xalqdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bu göstəriciyə görə, Azərbaycan Tunis, Türkmənistan və Əlcəzairdən sonra dünyada 4-cü pillədə qərarlaşıb.

Belə ki, ölkəmizdə ildə adambaşına 180 kiloqram buğda istehlak edilir. 

Bu göstəriciyə hansı amillər təsir edib? Çox buğda istehlak etməyimizin hansı fəsadları ola bilər? Mövcud nisbətin azalmasına nail olmaq üçün nələr edilməlidir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ 


Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran iqtisadçı-ekpert Akif Nəsirlinin fikrincə, buğda istehlakına geniş yer verməyimizin kökündə keçən əsrin 60-cı illərindən yaranan psixoloji ənənə və əhalinin maddi durumunun aşağı olması kimi faktorlar dayanır:

“Keçən əsrin 50-60-cı illərində sovet rejimində ciddi aclıq, çörək qıtlığı baş verib. Azərbaycan əhalisinin buğda istehlakına geniş yer verməsi də həmin dövrdən qalma ənənələrdən qaynaqlanır. “Çörək bol olarsa, basılmaz Vətən” kimi atalar sözü də həmin dövrdən başlayaraq geniş yayılan fikirlərdəndir. Nəticədə həmin illərdən başlamaqla əhali çörəyi əsas qida məhsulu kimi qəbul edərək, onu hətta müqəddəsləşdiriblər. 

Digər tərəfdən, həmin vəziyyətin yaranmasına əhalinin əsas hissəsinin maddi vəziyyətinin o qədər ürəkaçan olmaması da öz təsirini göstərib. Azərbaycan alıcısı ən ucuz, ən əlçatan qida məhsulu qismində çörəyi hədəfləyir.

Yəni bu həm psixoloji amildən qaynaqlanır, həm də əhalinin maddi durumu çörəkdən imtina etməyə və ya qida rasionunda onun çəkisini azaltmağa imkan vermir”.

A.Nəsirli qeyd edir ki, buğda istehlakının həddən çox olması kökəlməyə gətirib çıxarır:

“Buğdanın həddən çox istehlakı orqanizmdə müəyyən fəsadlar yaradır. Orqanizmdə xolestilinin səviyyəsinin artmasına gətirib çıxarır ki, bu da insanların kökəlməsinə, şişmanlaşmasına rəvac verir”.
Həmsöhbətimizə görə, buğda istehlakının azalmasına nail olmaq üçün ilk növbədə əhalinin maddi imkanları yüksəlməlidir:

“Əhalinin gəlirləri artsa insanlar özləri tədricən qida rasionunda çörəyin miqdarını azaldacaq. Çünki bu halda onların balıq, ət, ikra, meyvə və digər məhsullardan istifadə etmək imkanları da artacaq ki, bu fonda da çörəyə meyl etmək də azalacaq. Bu baş vermədikcə, təbliğat yolu ilə məsələdə dönüş yaratmaq mümkün deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO