Qramı 50 qəpiyə satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ

Qramı 50 qəpiyə satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Qramı 50 qəpiyə satılan ətirlərlə bağlı XƏBƏRDARLIQ

231372

Son zamanlar paytaxtın küçələrində, yeraltı keçidlərində ətiriyyat satanların sayı durmadan artır. Bu cür məhsulların mənşəyi barəsində əksər hallarda satıcılardan məlumat almaq olmur. Həmin ətirlərin ucuz qiymətə satılması isə onların keyfiyyəti ilə bağlı çoxsaylı suallar doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Qramla satılan ətirlərin TƏHLÜKƏSİ: Bir çox xəstəliklər yarana bilər


“Bütün ətirlərin saxtası var”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bütün ətriyyat brendlərinin Azərbaycanda saxta variantları mövcuddur:

“Təəssüflər olsun ki, Nazirlər Kabinetinin 114 saylı qərarına görə ətirlər dəyişdirilməyən, geri qaytarılmayan mallar siyahısındadır. Ona görə də saxta ətiriyyat məhsulunu sonradan geri qaytarmaq və dəyişdirmək mümkün deyil. Əslində bütün ətirlərin üzərində istehsalçı haqqında, tərkibi barədə, istehsal və son istifadə tarixi barədə məlumat olmalıdır. Amma küçələrdə satılan ətirlərin üzərində heç bir zəruri məlumat yoxdur.

Məlumdur ki, ətriyyat və kosmetika məhsullarının üzərində son yararlılıq tarixi olmalıdır. Lakin ətir və kosmetika istehsalçıları bu tələbi kobud şəkildə pozurlar. Bəzi hallarda son istifadə tarixini açıq yazmırlar, kodlarla bunu göstərirlər. Çox az istehlakçı da internet üzərindən o kodlar vasitəsi ilə öyrənə bilir ki, bu məhsulun vaxtı keçib, ya yox. Söhbət brend ətir mağazalarından gedir”.

Müsahibimiz bu cür ətirlərin zərərlərindən də söz açıb:

“Son zamanlarda küçələrdə açıq ətir satışı da geniş yayılıb. Bu ətirlər barədə heç bir rəsmi məlumat almaq mümkün deyil. Cavan satıcılar küçənin ortasında müxtəlif mayeni qarışdıraraq onu müştəriyə ətir kimi təqdim edir. Belə ətirləri istehlak etmək olmaz. Bu ilk növbədə insanlarda dəri xəstəliklərinə yol açır. Küçədə satılan ətirləri heç bir rəsmi qurum tədqiq etmir. Bundan da sui-istifadə edən işbazlar ətriyyat bazarında istədikləri cür davranırlar.

Gərək vətəndaşlar küçə və keçidlərdə mənşəyi məlum olmayan ətriyyatlardan uzaq dursunlar.

Eyni zamanda üzərində istehsal və son istifadə tarixi olmayan ətirləri də istehlak etmək olmaz. Bu mallar ilk növbədə sağlamlığımıza bir təhdiddir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO