Azərbaycanın bu rayonunda cümə axşamı mərasimi LƏĞV OLUNDU

Azərbaycanın bu rayonunda cümə axşamı mərasimi LƏĞV OLUNDU

Hazırda oxunan: Azərbaycanın bu rayonunda cümə axşamı mərasimi LƏĞV OLUNDU

231270

Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Füzuli Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas predmetlə açılır.

Qeyd olunub ki, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib:

“Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3000 AZN-nə qədər vəsait tələb olunur” - RİH-in məlumatında bildirilir.
 

O da qeyd olunub ki, 1 yanvar 2025-ci il tarixdən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir:


“Bu təşəbbüsün bir aya yaxın müddətdə həyata keçirilməsinə baxmayaraq camaatımız tərəfindən çox müsbət qarşılanır və təbliğ olunur. Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO