Təyyarə qəzasında sağ qalan Səlihət 17 yaşını qeyd etdi – FOTO/VİDEO

Təyyarə qəzasında sağ qalan Səlihət 17 yaşını qeyd etdi – FOTO/VİDEO

Hazırda oxunan: Təyyarə qəzasında sağ qalan Səlihət 17 yaşını qeyd etdi – FOTO/VİDEO

231215

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova öz sosial şəbəkə hesabında paylaşım edib.
 

“Xəstəliyə yenik düşənlərimiz üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyata tutunanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi Yeni Klinikada 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik”, - N. Allahyarova bildirib.


Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Məlumata görə, təyyarədə Zaqataladan 10 nəfər olub. Onlardan 7-si həlak olub, 3-ü isə yaralanıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO