Qazaxıstan məhkəməsində iki uşaq atası aliment ödəmədiyinə görə təqsirli bilinib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Manqistau Regional Məhkəməsinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, o, bir il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə iclasında həmin şəxs təqsirini tam etiraf edib və peşman olduğunu deyib. O, borcunu ödəyəcəyinə söz verib, lakin hazırda tam məbləği ödəməyə imkanı olmadığını vurğulayıb.
Xatırladaq ki, 9 avqust 2021-ci ildən 31 oktyabr 2024-cü ilə qədər onun aliment borcu 3 789 720 tenge olub.
Bizim.Media