Partiya sədri:

Partiya sədri: "Nəcməddin Sadıkov ordudadır"

Hazırda oxunan: Partiya sədri: "Nəcməddin Sadıkov ordudadır"

23107

"Nəcməddin Sadıkov ordudadır. Düşünürəm ki, Sadıkov orduda girov kimi saxlanılıb. Məndə olan informasiyaya görə o, Müdafiə Nazirliyində söz sahibi olmasa da, hələ də orduda təmsil olunur. Görünür bizim bilmədiyimiz nüanslar var, belə olan halda bunu ya həbs eləmək lazımdır, ya da ölkədən kənara buraxmaq olmaz".

Bizim.Media xəbər verir ki, bu sözləri canlı yayımların birində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin başında Nəcməddin Sadıkov durub – İDDİA


Partiya sədrinin fikirlərinə əlavə olaraq qeyd etmək lazımdır ki, əgər onu ölkədən kənara buraxmaq olmazsa, Nəcməddin Sadıkov Dubayda nə gəzirdi?

Bundan başqa, 44 günlük savaş ərzində müəyyən xainliklərə görə, cəbhədən uzaqlaşdırılan Sadıkovun Bakıya qaytarıldığı deyilirdi. 

Müharibə Azərbaycanın qələbəsilə tamamlandıqdan sonra Sadıkovun Rusiya sədaları yayılmağa başladı. Guya Nəcməddin Sadıkov köhnə rəisi Səfər Əbiyevlə Rusiyada müalicədədir.Lakin bu xəbərdən bir az sonra Sadıkovun hovuz qırağında yarıçılpaq fotosessiyası suları durultdu və məlum oldu ki, sabiq baş qərargah rəisi Dubaydadır.

Nəcməddinin Dubay sərgüzəştlərindən sonra onun Bakıya qayıtdığı deyilirdi. Həmçinin Müdafiə Nazirliyi də məlumat yaydı ki, Nəcməddin Sadıkov tutduğu vəzifələrdən azad olunub. Bəs yeni baş qərargah rəisi kimdir?

Müdafiə Nazirliyinin rəsmi saytının rəhbərlik bölümündə baş qərargah rəisindən başqa digər vəzifədə olanları görmək olar.

Əvvəllər Sadıkovun tutduğu post isə hələ də boş göstərilir. Belə faktlar isə öz növbəsində, hər şeyə rəğmən Nəcməddin Sadıkovun orduda saxlanılması şayiələrini qabardır. Əslində isə, onun tutduğu vəzifəyə gətiriləcək namizədlər də bəlli idi. Qəfildən "Tərtər işi" yenidən gündəmə gəldi. Bunun qabarmasında isə Sadıkovun da barmağının olduğu deyilir. Çünki o, nə yolla olursa, olsun baş qərargah rəisliyini savaşda qəhrəmanlaşdırılan generallara verməli deyildi.

"Lavrovun Bakı səfərinin gündəliyində açıqlanmayan, amma müzakirə olunan mövzulardan biri də Nəcməddin Sadıkovun aqibəti idi" deyənlər də var.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO