Bahəddin Qarakedəyev HƏBS OLUNDU

Bahəddin Qarakedəyev HƏBS OLUNDU

Hazırda oxunan: Bahəddin Qarakedəyev HƏBS OLUNDU

231044

Bir nəfərin adına 40 şirkət açaraq dövlət büdcəsindən 10 milyon manata yaxın vəsaiti yayındırmaqda ittiham olunan sahibkar həbs edilib.

Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, sahibkar Bahəddin Qarakedəyev mütəşəkkil dəstəyə rəhbərlik etməklə milyonlarla manatı vergidən yayındırmaqda ittiham edilib.

Onlar dəstənin bir üzvünün adına 40-a yaxın şirkət açdırmaqla 9121670,62 manat məbləğində vergini dövlət büdcəsinə ödənilməsindən yayındırıblar.

Bahəddin Qarakedəyev və dəstənin digər üzvlərinə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi açılıb və onlar həbs ediliblər.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Bahəddin Qarakedəyev rəhbəri olduğu «ARTS» tikinti materialları alqı-satqı şirkətinin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan əl çantasını onun əlindən alaraq qaçması ilə gündəmə gəlmişdi. Hadisəni törətdikdən bir gün sonra Mərdan Xankişiyev həbs edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO