“Hər zaman subyektiv fikrimi bildirirəm. Gənc qızlar, gənc oğlanlar telefonda o qədər şeylər görürlər ki... Qeyri-peşəkar psixoloqlar, heç bir sənəti olmayan insanlar hərəsi telefonun qabağına keçir, başlayır ki, ailə lazım deyil, öz həyatınızı yaşayın, gəncliyinizdən istifadə edin, niyə ailə qurub ər əziyyəti çəkməlisiniz? Ən çox da bu cür dırnaqarası psixoloqlar “TikTok”da çoxdur. Əxlaqsızlığı və pozğunluğu təbliğ edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “musavat.com”a açıqlamasında deyib.
O bildirib ki, gənclər düşünüb ailə qurmalıdır:
“Gənclər bəlkə də məni başa düşmür. Düşünürlər ki, bu nə danışır? İnsan yaşlandıqca kamilləşir, müdrikləşir. Zaman gələcək mənim dediklərimi anlayacaqlar.
Bilirsiniz, boşanmaların əsas səbəblərindən biri də qız analarıdır. Deyir ərə get, əgər xoşuna gəlməsə, çıx gəl, ata-anan ölməyib ki. Arxandayıq. Belə demək olmaz. Ailədə çətinlik də olur, söz-söhbət də olur. Bunlara dözmək lazımdır. Bəziləri deyir ki, niyə dözməliyik? Qız anaları övladını arxayın etməməlidir. Əvvəl analar, atalar qız seçirdi oğlan üçün. İndi özləri seçir gəncləri, amma iki ay sonra boşanırlar. Valideynin seçimi önəmlidir. Gənclər ailəni oyuncağa çevirib. Ailə qurmaq oyuncaq deyil. Gənclər məsuliyyətli olmalıdır. Bir çox qızlar varlı həyat istəyir. Öncədən getdiyi oğlanın imkanını bilir. Kasıb oğlana ərə gedir, iki ay sonra Dubaya getmək istəyir. Deyir, instaqramdakı qızlar necə varlı həyat yaşayır.
Düşünür ki, boşanıb pullu kişi tapım, bir dayday saxlayar məni. Bu həyat müvəqqətidir. O zaman qadın əl meymunu olur. Qız anaları övladlarına düzgün məsləhət verməlidir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:19 / 21.01.2025
“Qızlar düşünür ki, boşanıb pullu kişi tapım, bir dayday saxlayar məni” – Nadir
Hazırda oxunan: “Qızlar düşünür ki, boşanıb pullu kişi tapım, bir dayday saxlayar məni” – Nadir
Hazırda oxunan: “Qızlar düşünür ki, boşanıb pullu kişi tapım, bir dayday saxlayar məni” – Nadir
231036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.