AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat DƏRC EDİLƏCƏK

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat DƏRC EDİLƏCƏK

Hazırda oxunan: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat DƏRC EDİLƏCƏK

230166

Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya qəzasının araşdırılması üzrə Komissiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq bütün faktlar və materiallar ətraflı öyrənildikdən sonra ilkin hesabat dərc edəcək.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti yayıb.
 

Mənbə qeyd edir ki, ilkin hesabatda müəyyən edilmiş faktiki məlumatlar və araşdırmanın gedişi ilə bağlı məlumatlar təqdim ediləcək.


Həmçinin bildirilir ki, şifrəsi açılmış registrator məlumatları Qazaxıstana gəlib və mütəxəssislər tərəfindən öyrənilir.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya qəzalarının tədqiqi və qarşısının alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO