"Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib" - VİDEO

"Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib" - VİDEO

Hazırda oxunan: "Bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib" - VİDEO

229701

Baku TV-də yayımlanan "O vaxtlar" verilişi budəfəki buraxılışında BDU-nun hüquq fakültəsinin professoru Məhəbbət Dəmirçiyevanın qonağı olub.

Bizim.Media xəbər verir ki, verilişdə "Hüquqşünaslıq ixtisası daha çox hansı cinsə xasdır" sualını cavablandıran Məhəbbət Dəmirçiyeva qeyd edib ki, bu gün hüquq fakültəsi qızlar kollecinə çevrilib:

"O vaxtlar hüquq fakültəsində 3-4 qız görərdin. İndi isə qrupda oğlan tapmaq olmur, hamısı qızdır. Bilmirəm, bu nə dərəcədə yaxşıdır, nə dərəcədə pisdir, amma seçim onlarınkıdır. Belə bir söz var, hüququn bir tərəzisi var, o tərəziyə qadın baxışı daha ədalətli olur. Çünki o təkcə hüquqşünas yox, həm ana, həm qadın, həm də kiminsə həyat yoldaşı olur, çalışır ki, tarazlıq pozulmasın".

Professor hüquqşünasların sosial verilişlərdə aktiv olmasına münasibət bildirib:

"Əslində, hüquqşünasların sosiallaşmasına, ictimaiyyətə hüquqlarını izah etmələrinə çox sevinərəm. Ancaq onların bir qrupunun məqsədi heç də kiməsə xidmət etmək deyil. Bəziləri irəli getmək üçün yaltaqlıq edir, dəridən-qabıqdan çıxırlar. Bu, mənim sevmədiyim bir şeydir".

M.Dəmirçiyevanın sözlərinə görə, ölkədə özünü psixoloq kimi qələmə verənlərin əksəriyyətinin bu sahəyə aidiyyəti yoxdur:

"Ölkənin 50 faizi başqa universitet qurtarıb, hərəsi bir dənə sertifikat alır, maşınının içinə qoyur, gələnə göstərir ki, psixoloqdur. Mən rica edirəm, psixoloqun geyiminə, özünü reklam etmək formasına baxın. Birinci növbədə onların əsas işi bahalı maşın sürmək, bir də açıq geyinməkdir.

Bunu da onları yaxşı qəbul etsinlər deyə edirlər. Psixoloq dərman yazır, onların çoxunun elə özünü müalicə etmək lazımdır. Dünənə qədər Azərbaycanda heç psixoloq kimdir bilmirdilər. Psixoloqun abırlısı, həyalısı da var, amma onları sayıb verilişə çağıran yoxdur".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO