"Mən ayılanda təyyarənin içində başıaşağı idim".
Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, bunu təyyarə qəzasından sağ çıxan sərnişin Ayhan Bayramzadə deyib.
"Təyyarə birinci dəfə enmək istədi, ancaq alınmadı. Dedik ki, yəqin, uçuş zamanı rast gəlinən haldır. İkinci dəfə də cəhd etdi, yenə enə bilmədi. Üçüncü dəfə artıq havaya qalxanda təyyarə vuruldu. Partlayış səsi gəldi. Bələdçi Zülfüqar bəy bizi sakitləşdirməyə gəlirdi, o da qolundan yaralandı. Həmin vaxt Hökumə xanım sərnişinləri sakitləşdirirdi.
"Heç kim yerindən durmasın, hamı kəmərlərini bağlasın" deyirdi. İçəridə qışqırıq səsləri gəlirdi, amma heç kim yerindən durmurdu. Qəzadan sonra bilmirdim ki, təyyarə ikiyə bölünüb. Mən elə düşünürdüm ki, bütöv şəkildə qalıb", - deyə o qeyd edib.
Ətraflı süjetdə:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:14 / 11.01.2025
Qəzadan sağ çıxan Ayhan: "3-cü dəfə havaya qalxanda təyyarə vuruldu" - VİDEO
Hazırda oxunan: Qəzadan sağ çıxan Ayhan: "3-cü dəfə havaya qalxanda təyyarə vuruldu" - VİDEO
Hazırda oxunan: Qəzadan sağ çıxan Ayhan: "3-cü dəfə havaya qalxanda təyyarə vuruldu" - VİDEO
229470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.