Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI - VİDEO

Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI - VİDEO

Hazırda oxunan: Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI - VİDEO

229259

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.

Bizim.Media xəbər verir ki, bunu "German hospital"ın direktor müavini Səftər Əliyev oxu.az-a açıqlamasında bildirib.

"Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni, bütün bu araşdırmalar tam yekunlaşanıb qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımızı davam etdirəcəyik, yoxsa yox?" - deyə S.Əliyev bildirib.

"Bununla paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bizim müəssisəyə plandankənar yoxlama açdı və bu gün biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktiki söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək", - deyə direktor müavini əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO