Azərbaycan Ordusunda anonim sorğular BAŞLADI

Azərbaycan Ordusunda anonim sorğular BAŞLADI

Hazırda oxunan: Azərbaycan Ordusunda anonim sorğular BAŞLADI

22916

2021-ci il üçün hazırlıq planına əsasən şəxsi heyəti maraqlandıran məsələlərin öyrənilməsi məqsədilə Azərbaycan Ordusunda anonim sorğular keçirilir.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi zabitlərinin iştirakı ilə keçirilən sorğular zamanı hərbi qulluqçularla müxtəlif mövzularda söhbətlər aparılır, onların xidmətlə bağlı sualları cavablandırılır və müraciətləri qeydə alınaraq tədbirlər görülməsi üçün müvafiq addımlar atılır.

Görülən işlərin təsir və effektivliyinin artırılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən sorğular bütün qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə planlı şəkildə il ərzində həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO