Daha bir icra başçısının müavini vəzifədən uzaqlaşdı

Daha bir icra başçısının müavini vəzifədən uzaqlaşdı

Hazırda oxunan: Daha bir icra başçısının müavini vəzifədən uzaqlaşdı

22913

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova tutduğu vəzifədən uzaqlaşıb.

Bizim.Media xəbər verir ki, İlhamə Nəzərova vəzifədən uzaqlaşmasını 7times.az-a təsdiqləyib.

O qeyd edib ki, işdən öz istəyi ilə çıxıb və dövlət qulluquçusu fəaliyyətinə başqa bir sahədə davam edəcək.

Qeyd edək ki, o 2013-cü ildən etibarən Xaçmaz Rayon İcra Hakimiyyətində çalışıb. Əvvəl sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri – başçının müavini, daha sonra icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, 2018-ci ildən bəri isə icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO