Cərrah əməliyyat zamanı ad gününü qeyd etdi - Həkim özü DANIŞDI – VİDEO

Cərrah əməliyyat zamanı ad gününü qeyd etdi - Həkim özü DANIŞDI – VİDEO

Hazırda oxunan: Cərrah əməliyyat zamanı ad gününü qeyd etdi - Həkim özü DANIŞDI – VİDEO

229092

Bakıda yerləşən özəl xəstəxanalardan birində həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Bizim.Media xəbər verir ki, həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.

Hadisə "German Hospital"da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrah mama-ginekoloqu Ləman Əliyeva olub.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Modern.az” məsələ ilə bağlı Ləman Əliyeva ilə əlaqə saxlayıb.

O bildirib ki, hadisənin ümumiyyətlə, onunla əlaqəsi yoxdur:

“Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları özləri də sanitar geyimdə idilər”.

L.Əliyeva bildirib ki, o heç vaxt hansısa xəstənin həyatını riskə atacaq addım atmayıb:

“Mən nə üçün xəstənin həyatını təhlükəyə atım?! Həmin xəstə də hazırda xəstəxanada yaxşı vəziyyətdədir. Mənim həyat yoldaşım Əziz Rəfibəyli özü orada doğuş şöbəsinin müdiridir, niyə belə bir şey edim?! Bu sadəcə qısqanclıq, paxıllıqdır. Biz özümüz sanitariya qaydalarını yaxşı bilirik və hər zaman əməl edirik. Üstəgəl də bu mənim xəbərim olmadan olan bir şey idi”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO