Qızıl BAHALAŞACAQ?

Qızıl BAHALAŞACAQ?

Hazırda oxunan: Qızıl BAHALAŞACAQ?

229073

Hazırda 2025-ci illə bağlı müxtəlif iqtisadi proqnozlar verilir. Bu istiqamətdə qızılın qiymətinin necə olacağı maraqlı məqamdır.
 

MÖVZU İLƏ BAĞLI:

"2025-də qızılın qiyməti 3000 dollar olacaq" proqnozu 2026-cı ilə TƏXİRƏ SALINDI


2024-cü ilin dekabr ayının göstəricilərinə əsasən Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,08% və ya 2,1 dollar artaraq 2,634.00 ABŞ dollarına bərabər olub.

Bəs bu il qızıl bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda qızılın qiymətində artım müşahidə olunur.

İqtisadçı qızılın qiymətini dəyişə biləcək amilləri qeyd edib. 

“Hər şey Federal Rezerv Sisteminin siyasətindən asılı olacaq. Əgər bu sistem ABŞ-da faizləri daha sürətlə aşağı çəkməyə başlasa, qızılın qiymətində müəyyən artım olacaq. Çünki korrelyasiya mövcuddur. Dünyada dolların indeksi ucuzlaşdıqca qızıl bahalaşır. Əgər faizlər, uçot dərəcəsi aşağı salınsa, təbii ki, dolların indeksi aşağı düşəcək, bu zaman isə qızıl artacaq”.

Natiq Cəfərli vurğulayıb ki, bəzi proqnozlara görə bu il bir unsiya qızılın qiyməti 3000 dollara çatacaq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO