Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi ("Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov barışıblar.
Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, hər iki tərəf barışıq sazişi imzalamaq üçün Bakı şəhəri 44 saylı notariat ofisinə gəliblər.
Xalq artisti bildirib ki, qarşı tərəflə bütün məsələlərdə ortaq məxrəcə gəliblər:
"Notariusda gəlmişik barışıq üçün. Artıq düşmənçiliyə əsas yoxdur. Hər şey qaydasındadır".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov qeyd edib ki, tərəflər öz aralarında barışıq əldə ediblər indi isə bu barışığı rəsmiləşdirmək üçün buradadırlar. Vəkilin sözlərinə görə, rəsmiləşdirilən barışıq ərizəsi Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesdə təqdim ediləcək.
“MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov Lent.az-a açıqlamasında Ağadadaş Ağayevin pərəstişkarı olduğunu və ondan üzr istədiyini deyib:
"Xalqdan və Ağadadaş Ağayevdən üzr istəyirəm. Belə şey olmamalı idi. Artıq barışmışıq və heç bir problem yoxdur".
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilib. Onların hər ikisi xuliqanlıqda ittiham olunurdu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:17 / 08.01.2025
Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə BARIŞDI - VİDEO
Hazırda oxunan: Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə BARIŞDI - VİDEO
Hazırda oxunan: Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə BARIŞDI - VİDEO
229055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.