Sabah güclü külək olacaq - XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah güclü külək olacaq - XƏBƏRDARLIQ

22889

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Bizim.Media-ya bildirilib ki, mayın 31-i gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 31-də qərb küləyinin ayrı-ayrı rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq. Mayın 31-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36 isti, dağlarda gecə 12-17 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO