Gəncədə xristianlar Milad bayramını qeyd edir – FOTO/VİDEO

Gəncədə xristianlar Milad bayramını qeyd edir – FOTO/VİDEO

Hazırda oxunan: Gəncədə xristianlar Milad bayramını qeyd edir – FOTO/VİDEO

228859

Gəncədə pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra ediblər. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.
 

Ayinlər yekunlaşdıqdan sonra Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin iereyi Denis Sotnikov Azərbaycan Prezidenti İlham Əliyevin “Milad bayramı” ilə bağlı təbriki səsləndirib. O, hər kəsə sülh və sevgi içində yaşamağı arzu edib.


Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xatırladaq ki, Gəncədə təxminən 2 min nəfərə yaxın pravoslav yaşayır. Onlar hər il kilsəyə gələrək ibadət və dini ayinlərini həyata kecirirlər.

Məlumat üçün bildirək ki, Qərb bölgəsində yeganə pravoslav klsəsi olan Aleksand Nevski Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub və bu günə kimi fəaliyyəti davam edir.


















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO