Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Təhlil Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.
“İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb və Qazaxıstanın hakimiyyət orqanlarına göndərilib”, - məlumatda deyilib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Bizim.Media