"TikTok"da gördüyünü təkrarlayan yeniyetmə zəhərləndi

"TikTok"da gördüyünü təkrarlayan yeniyetmə zəhərləndi

Hazırda oxunan: "TikTok"da gördüyünü təkrarlayan yeniyetmə zəhərləndi

228103

Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan 15 yaşlı N.T. "TikTok"da gördüyü üsulu təkrarlamaq istəyərkən zəhərlənib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dünən zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılan yeniyetmə həkimlərin səyi nəticəsində həyatına təhlükə olmadan sağalıb.

Yeniyetmənin atası bildirib ki, oğlu Yeni il gecəsi üçün “səs çıxaran” qurğu düzəltməyə çalışıb.

Bu zaman sosial şəbəkədən öyrəndiyi üsul əsasında plastik qabda kislata və metal qırıqlarını qarışdırıb. "Net" (kislata) maddəsinin təsirindən oğlu zəhərlənib.

Hazırda yeniyetmənin vəziyyəti sabitdir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO