"Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
"29 dekabr, saat 13:45-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd kişi və bir qadın cinsli olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub. Müxtəlif travmalar alan şəxslərin hər birinə zəruri tibbi xidmət göstərilib. Bir nəfər digər tibb müəssisəsinə təxliyə olunub. Bir nəfərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Digər üç nəfər ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb",- deyə məlumatda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:35 / 29.12.2024
Tovuzda ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: Tovuzda ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: Tovuzda ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
227695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.