Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edildi

Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edildi

Hazırda oxunan: Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edildi

227654

AZAL-a məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Sumqayıt sakini Ağayev Ramin Söhbət oğlu bu gün Sumqayıtın Zeynalabdin qəsəbəsinin qəbiristanlığında dəfn olunub.

Bizim.Media xəbər verir ki, 1996-cı il təvəllüdlü R.Ağayevin nəşi qəsəbədə yaşayan valideynlərinə təhvil verilib.

Dəfn mərasimində qəsəbə sakinləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO