Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin nümayəndələri Aktauya gəlib

Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin nümayəndələri Aktauya gəlib

Hazırda oxunan: Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin nümayəndələri Aktauya gəlib

227441

Bu gün Qazaxıstanın Aktau şəhərinə Braziliyanın Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin (CENIPA) araşdırma üzrə səlahiyyətliləri gəlib.

Bizim.Media Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
 

Qeyd edək ki, daha əvvəl Braziliyadan Aktauya “Embraer” təyyarələrini istehsal edən müəssisənin nümayəndələri gəlib.


Məlumat üçün bildirək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO