“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Debat Forumu keçirildi - FOTO

“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Debat Forumu keçirildi - FOTO

Hazırda oxunan: “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Debat Forumu keçirildi - FOTO

227339

Dekabrın 25-də “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, ADA Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində Debat Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində forum iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Gülbağda Leysanova, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müvini Rauf Cabbarov, “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova və ADA Məktəbinin direktoru Samirə Rəsulova iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra moderatorlar - Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov tədbirin formatı barədə iştirakçıları təlimatlandıraraq rəqəmsal təhlükəsizliklə bağlı problemlərin həllində müxtəlif keyslər təqdim ediblər. Forumda “Valideynlər və uşaqlar üçün şəxsi məlumatların qorunması”, “İnternetdən təhlükəsiz istifadə etməyin yolları”, “Kiberbullinq”, “Rəqəmsal təhlükəsizlik insidentləri ilə mübarizə aparmağın yolları” mövzularında müzakirələr, sual-cavab sessiyaları, rəqəmsal təhlükəsizlik hadisələri, problemlərin həllində uğurlu və uğursuz nümunələr haqqında hekayələr və real təcrübələr əsasında keyslərin müzakirəsi, eləcə də internet təhlükəsizliyi və rəqəmsal hüquqlar haqqında ekspertlərin iştirakı ilə diskussiyalar aparılıb. Sonda bütün təkliflər və nəticələr toplanılaraq auditoriyaya təqdim olunub və uşaqların internətdə daha təhlükəsiz, həmçinin faydalı vaxt keçirməsi mözsunda tərəfdaş qurumların nümayəndələrinin müzakirələri əsasında fəal uşaqlar və valideynlər müxtəlif nominasiyalar üzrə təltif olunublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO