“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalislərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.
Məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 26.12.2024
Bakıya gətirilən yaralı vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib - VİDEO
Hazırda oxunan: Bakıya gətirilən yaralı vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib - VİDEO
Hazırda oxunan: Bakıya gətirilən yaralı vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib - VİDEO
227193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.