Qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri, hazırda Manqstau xəstəxanasının reanimasiya şöbəsində olan Mahir Carayev ailəsi ilə görüntülü danışıb.
Bizim.Media-ya onunla söhbətin videosunu göndərən yaxınları hazırda Mahirin dururmunun yaxşılığa doğru getdiyini bildiriblər.
Videogörüntüdə də xəstəxananın əməkdaşı Mahiri artıq süni nəfəs aparatından ayırdıqlarını deyib.
Mahir özü isə yaxınlarına “Yaxşıyam. Daha da yaxşı olacam” cavabını verib.
Qeyd edək ki, qəzada ağır xəsarət alan Mahir Carayev Zaqatalanın Danaçı kəndindəndir.
Qroznıda usta kimi çalışan Mahir Carayev bir müddət əvvəl ailəsinə baş çəkmək üçün Azərbaycana gəlibmiş.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:33 / 26.12.2024
Reanimasiyadakı üç nəfərdən birini aparatdan AYIRDILAR – VİDEO
Hazırda oxunan: Reanimasiyadakı üç nəfərdən birini aparatdan AYIRDILAR – VİDEO
Hazırda oxunan: Reanimasiyadakı üç nəfərdən birini aparatdan AYIRDILAR – VİDEO
227141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.