AZAL-ın prezidenti Samir Rzayev ötən gün Aktau yaxınlığında baş verən təyyarə qəzasından sağ çıxan həmvətənlərimizin ölkəyə gətirilməsi prosesinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində Azərbaycana gətiriləcək”, - S.Rzayev qeyd edib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 26.12.2024
Həyatını itirənlərin cənazəsi ölkəmizə nə vaxt GƏTİRİLƏCƏK? - RƏSMİ AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Həyatını itirənlərin cənazəsi ölkəmizə nə vaxt GƏTİRİLƏCƏK? - RƏSMİ AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Həyatını itirənlərin cənazəsi ölkəmizə nə vaxt GƏTİRİLƏCƏK? - RƏSMİ AÇIQLAMA - VİDEO
227120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.