Xəbər verildiyi kimi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində həlak olan 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqov Cəlilabad rayonunun Mirzəli kənd sakinidir.
Onun nəşinin bu gün günorta saatlarından sonra ailəsinə təhvil veriləcəyi gözlənilir.
Bu barədə məlumatı Bizim.Media-ya mərhumun yaxın qohumları veriblər.
Qeyd edək ki, ailədə bir qardaş, bir bacı olan Qoşqar subay idi və Qroznıda fəhlə kimi çalışırmış. Atası isə rayonda elektrik olaraq fəaliyyət göstərir. Mərhumun şəxsiyyəti atasından götürülən DNT analizlərindən sonra müəyyən edilib.
Xatırladaq ki, qəzaya uğrayan AZAL təyyarəsində sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.
Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:38 / 26.12.2024
Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqarın nəşi bu gün ailəsinə TƏHVİL VERİLƏCƏK - FOTO/VİDEO
Hazırda oxunan: Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqarın nəşi bu gün ailəsinə TƏHVİL VERİLƏCƏK - FOTO/VİDEO
Hazırda oxunan: Təyyarə qəzasında həlak olan cəlilabadlı Qoşqarın nəşi bu gün ailəsinə TƏHVİL VERİLƏCƏK - FOTO/VİDEO
227111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.