Təyyarə qəzasında xəsarət alanlardan 14-ü Azərbaycan vətəndaşlarıdır - Qalanları isə…

Təyyarə qəzasında xəsarət alanlardan 14-ü Azərbaycan vətəndaşlarıdır - Qalanları isə…

Hazırda oxunan: Təyyarə qəzasında xəsarət alanlardan 14-ü Azərbaycan vətəndaşlarıdır - Qalanları isə…

227025

Aktauda baş verən təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 14-ü Azərbaycan, 9-u Rusiya, 3-ü Qırğızıstan vətəndaşıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO


Məlumata görə, üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.

Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.

Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Fəsadların aradan qaldırılmasına 482 nəfər, 97 texnika, 2 hava gəmisi və 10 kinoloq briqadası cəlb olunub.

Qeyd edilib ki, Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında videoəlaqə vasitəsilə koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO