Bu gün Aktauda təyyarə qəzasına düşən Zaur atasının dəfnindən qayıdırmış.
Bizim.Media “SHOT” "Telegram" kanalına istinadən xəbər verir ki, Zaur Məmmədov 3 gün bundan öncə Bakıda yaşayan atasını dəfn edib.
Məlumata görə, 36 yaşlı Zaur xəsarət alıb və Qazaxıstan xəstəxanalarının birinə yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media