Qəzadan sonra xəstəxanaya çatdırılan şəxslərin ilk kadrları – VİDEO

Qəzadan sonra xəstəxanaya çatdırılan şəxslərin ilk kadrları – VİDEO

Hazırda oxunan: Qəzadan sonra xəstəxanaya çatdırılan şəxslərin ilk kadrları – VİDEO

226960

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, Rusiya KİV qəzadan sonra xəstəxanaya çatdırılan şəxslərin ilk görüntülərini yayıb.
 

Sözügedən görüntülərdə Manqıstau Vilayət Xəstəxanasından qəzadan sonra gətirilən sağ qalmış Rusiya və Azərbaycan vətəndaşları əks olunub.


Sözügedən görüntülərdə qəzadan sonra sərnişinlərin təyyarədən necə çıxmağa çalışdıqları öz əksini tapıb.

Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO