Qəzaya düşən təyyarədə idarəetmə sistemləri sıradan çıxıb - DETALLAR

Qəzaya düşən təyyarədə idarəetmə sistemləri sıradan çıxıb - DETALLAR

Hazırda oxunan: Qəzaya düşən təyyarədə idarəetmə sistemləri sıradan çıxıb - DETALLAR

226953

Qəzaya uğrayan “Embraer 190” sərnişin təyyarəsi sıradan çıxan idarəetmə sistemləri ilə 50 dəqiqədən çox uçub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Aktau hava limanınnın mətbuat xidməti yayıb.
 

Mənbə qeyd edib ki,, onlar Rostov-na-Don dispetçerindən "Azərbaycan Hava Yolları"nın təyyarəsində fövqəladə vəziyyət barədə məlumat alıblar. İddialara görə, pilotlar səhər saat 8:35-də (Moskva vaxtı ilə) təyyarənin quşlarla toqquşması barədə məlumat veriblər.


Bundan sonra "Embraer"in göyərtəsində olan qaz balonu partlayıb və idarəetmə sistemləri sıradan çıxıb. Bundan sonra birbaşa Aktau hava limanına eniş tələb edilib.

Pilotlar təyyarəni yalnız mühərrikin gücü ilə idarə ediblər, hündürlüyə nəzarət edən sükan işləməyib. Təyyarə sahilə yaxınlaşanda ekipaj bir neçə dönüş həyata keçirib. Mənbələrə görə, hava limanında eniş üçün şərait yaradılmayıb. Qərara gəlinib ki, bort havadan seçilmiş yerə enməlidir.

Nəticədə saat 09:29-da təyyarə sərt eniş edib. "Embraer"in ön hissəsi dağılıb və alovlanıb, quyruğu isə toxunulmaz qalıb. Sağ qalan 32 nəfərin hamısı orada olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO