Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bizim.Media xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 23.12.2024
Bu həftə ardıcıl 7 gün İŞ OLACAQ
Hazırda oxunan: Bu həftə ardıcıl 7 gün İŞ OLACAQ
Hazırda oxunan: Bu həftə ardıcıl 7 gün İŞ OLACAQ
226512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.