Qadınlar nə istəyir?  - Qeyri-adi sorğu...

Qadınlar nə istəyir? - Qeyri-adi sorğu...

Hazırda oxunan: Qadınlar nə istəyir? - Qeyri-adi sorğu...

225783
Bilirəm, bu sualı çox eşitmisiniz. Nədənsə qadınların nə istədiyindən daha çox kişilər narahat olur. Ancaq söhbət qadınların istəyindən getdiyi üçün məhz bu sualı elə onların özlərinə ünvanlamaq istədim. Fərqli qadınlar, fərqli fikirlər...xa0

Beləliklə, Moderator.az ın bu mövzuda keçirdiyi sorğunu sizlərə təqdim edirik.

Qadınlar xoşbəxt olmaq istəyir...

Yazar Şəbnəm Qarslı:xa0

“Qadınlar xoşbəxt olmaq istəyirlər. Amma onların başa düşülməməsinin səbəbi özlərini düzgün ifadə etməmələridir. Məsələn, bir qadın gülü sevirsə adətən bunu birbaşa demir, kişiyə dolayı yolla gülləri sevdiyini və hədiyyə almaqdan məmnunluq duyduğunu başa salmağa çalışır. Ama kişilər dolayı yolla söylənən ifadələri adətən dərk etmirlər. Beləcə, qadın sevinc hissindən məhrum olur. Düşünürəm ki, qadınlar onları xoşbəxt edən məfhumları birbaşa ifadə etsələr xoşbəxt də olarlar”.
Qadın özü həyatdır...

Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse prezidenti Könül Məmmədzadə:xa0

“Bu sual səslənməsinə görə demək olar ki, artıq cəmiyyətdə qlobal sorğuya çevrilib. Bir çox əks cinsin nümayəndələri qadınların çox şey istədiyini , hətta onların anlaşılmayacağından gileylənirlər. Bəziləri isə bunun əksini deyir. Qadın anadır , qadın bacıdır , qadın qız övladıdır , qadın həyat yoldaşıdır . Və nəhayət Qadın özü həyatdır. Onsuz yaşam mümkünsüzdür. O bu ali adın sahibəsi olaraq özünə aid hər nə varsa hamısını istəyir. Sevgi , qayğı , hörmət , məhəbbət ,dəyər və s...xa0
Sağlam ailə, hüzur...

Jurnalist Jalə Mütəllibova:xa0

“Əslində ümumiləşdirib nəsə desəm bu hamının adından danışmaq olar. Hər qadının istəyi fərqlidir. Mütləq oxşar deyil. Öz adıma deyə bilərəm ki, qadının ən vacib istəkləri arasında sağlam ailə, övlad sahibi olmaq və hüzur durur. Bir qadını hüzura qovuşması üçün təbii ki, yaxşı maddi təminat və şopinq də olmalıdır..
Qadınlar hər şey istəyir...

Yazar Çinarə Ömray:xa0

”Qadınlar, xüsusi ilə də bizim qadınlar hər şey istəyir. Və istədiyini də əldə edir. Əgər bir qadın nə isə istəyirsə onun qabağında BMT də dursa ona mane ola bilməyəcək”.
İnsanları qadına kişiyə ayırmıram...
Femida.az saytının redaktoru Günay Arda:xa0

“İnsanları qadına-kişiyə ayırmıram. Hamı onaxa0 verilən həyatı ürəyincə yaşamaq istəyir. Qadın da, kişi də yalnız qanunlardan çəkinsə, həyat hamı üçün asan olar. İnsan qanunlar xaricinində heç nədən çəkinməməlidir”.
Qadınların istəyi bitib - tükənməzdir...
Bakı- Xəbər qəzetinin əməkdaşı İradə Sarıyeva:xa0

“"Qadınlar nə istəyir" sualına birmənalı cavab vermək mümkün deyil. Çünki qadınların istəyi bitib - tükənməzdir. Daha dəqiq desək, qadının istəyi, arzusu yaşına, mühitinə, həyat tərzinə görə daim dəyişir. Bununla belə, qadının ən ümdə dəyişməyən istəyi xoşbəxtliklə bağlıdır. Qadın hər zaman xoşbəxt olmaq istəyir. Hər qadının da xoşbəxtlik anlayışına münasibəti eyni deyil. Məsələn, mənim xoşbəxtlik anlayışım oğlumla bağlıdır. Xoşbəxtəm ona görə ki, Tanrı mənə övlad verib, valideynlərim sağ-salamatdı, sevdiyim peşə ilə məşğulam və.s Klassik qadınların istəklərinə nəzər salsaq görərik ki, onların istəkləri ilə müasir qadının istəyi arasında uzun bir məsafə var. Klassik qadının istəyini sakit bir ev, Allahın bəxş etdiyi ruzi, çoxlu övlad payı təmin edirdi. Bu günkü qadının isə istəkləri sırasına demək olar ki, sevgi daxil, hər bir müsbət amil daxildir”.xa0

Gözəl gözlü qadınların
Gözü qocalar - qocalar.
Aydan arı, sudan duru
Üzü qocalar - qocalar
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Lalə Novruzlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO