“Bu il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib”.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə həkimlərin orta aylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb:
"Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artması olub".
Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 17.12.2024
Bu həkimlər 4 minə yaxın maaş alır – RƏSMİ
Hazırda oxunan: Bu həkimlər 4 minə yaxın maaş alır – RƏSMİ
Hazırda oxunan: Bu həkimlər 4 minə yaxın maaş alır – RƏSMİ
225644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.