2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yayıb.
Mənbə həmin media subyektlərinin adlarını açıqlayıb:
"İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti və "Bakinski raboçi” qəzeti".
Bu qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:06 / 17.12.2024
Bələdiyyə seçkilərində ödənişsiz efir vaxtı AYRILDI
Hazırda oxunan: Bələdiyyə seçkilərində ödənişsiz efir vaxtı AYRILDI
Hazırda oxunan: Bələdiyyə seçkilərində ödənişsiz efir vaxtı AYRILDI
225628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.