Sumqayıtda şirkətdə qadın mühasiblər dava saldı

Sumqayıtda şirkətdə qadın mühasiblər dava saldı

Hazırda oxunan: Sumqayıtda şirkətdə qadın mühasiblər dava saldı

225601

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən S.Mustafayevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edil, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və iş yeni apellyasiya baxışına təyin edilib.

İttihama görə, S.Mustafayeva Sumqayıt şəhərində yerləşən avtomobil sürtük yağları və akkumulyatorların satışı ilə məşğul olan şirkətlərin birində mühasib vəzifəsində işləyib.
O, 12 iyun 2023-cü il tarixdə, saat 16:30 radələrində MMC-nin inzibati binasında, həmin şirkətin əməkhaqqı hesablanması üzrə mühasibi vəzifəsində çalışan zərərçəkmiş V.Hüseynovanın oturduğu otağa daxil olub.

Təqsirləndirilən şəxs ona əməkhaqqının verilməsini gecikdirdiyini bəhanə edərək irad tutub.

Sonra S.Mustafayeva otaqda olan digər işçilərin gözü qarşısında V.Hüseynovaya nalayiq ifadələrlə təhqir edib və sağ ayağının topuq nahiyəsinə ayaq zərbəsi ilə qəsdən vuraraq, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib.
 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin icraata qəbul edilməsi mümkünlüyü yoxlanılaraq apellyasiya şikayətinə baxılmasına xitam verilib, Sumqayıt Şəhər Məhkəməsinin məhkəmə baxışının təyin edilməsinə dair qərar ləğv edilib.


S.Mustafayevanın cinayət işinin Sumqayıt Şəhər Məhkəməsinə məhkəmənin hazırlıq iclasına qaytarılması qərara alınıb. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO