“Gəncləşən” UNUTQANLIQ – Beynin yüklənməsi, yoxsa Alzeymer xəstəliyinin başlanğıcı?

“Gəncləşən” UNUTQANLIQ – Beynin yüklənməsi, yoxsa Alzeymer xəstəliyinin başlanğıcı?

Hazırda oxunan: “Gəncləşən” UNUTQANLIQ – Beynin yüklənməsi, yoxsa Alzeymer xəstəliyinin başlanğıcı?

225533

“Qapını bağladım?”, “Ütünü çıxardım?” “Açarı hara qoydum?” və s.

Bir çox insan evdən çıxanda beynini vərə-vurd edib ona rahatlıq verməyən suallara cavab almaq üçün dəfələrlə geri qayıdır. Yaxud yolun yarısında qonşuya zəng edib qapını, qazı, işığı yoxlamağını xahiş edir.

Suallardan xilas olmaq üçün evdən çıxanda bunu videoya çəkən də var.

Bəs, bu qısa unutqanlıqların səbəbi nədir? Beynin həddən artıq yüklənməsi, yoxsa Alzeymer xəstəliyinin başlanğıcı?

Nevroloq Ülviyyə Səmədova Bizim-Media-ya açıqlamasında son zamanlar belə unutqanlıqlarla bağlı şikayətlərin artdığını bildirib:

“Əvvəllər yaşlı adamlar belə şikayətlər edərdi. Son zamanlar isə gənclər yaddaşla bağlı belə müraciətlər edir. Tez-tez “doktor, qoyduğumu tapa bilmirəm. Evdən çıxanda qazı söndürüb - söndürmədiyimi, qapını bağlayıb-bağlamadığımı yadımda saxlaya bilmirəm. Bu, məni çox yorur. Dəfələrlə evə qayıdıb yoxlayıram” deyirlər.

Öncə onu deyim ki, gənc yaşda belə unutqanlıqların yaddaş pozğunluğu xəstəliklərinin - Alzeymer, demensiya ilə heç bir əlaqəsi yoxdur. Bu, ən çox xüsusi nevroz növü olan obssessiv-kompulsiv nevrozun əlaməti ola bilər. Ona görə də belə hal yaşayan insanların həkimə müraciət etməsi, yaddaşsızlığının səbəbinin diqqətlə araşdırılması tövsiyə olunur".

Qeyd edək ki, obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP narahatlıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsidir. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur.

Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort yaradır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan - dərman müalicəsi və psixoterapiyadan istifadə olunur.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO