Biləsuvarda səhvən sürücünü bıçaqlayan şəxs TUTULDU

Biləsuvarda səhvən sürücünü bıçaqlayan şəxs TUTULDU

Hazırda oxunan: Biləsuvarda səhvən sürücünü bıçaqlayan şəxs TUTULDU

225440

Xəbər verdiyimiz kimi, Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-21011" markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin vaxt isə daha bir insident yaşanıb.

Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib.

Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cüsü həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib. Qolundan bıçaq yarası alan sürücü də xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, dekabrın 15-də saat 18 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, insidentlə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO