Ötən gündən başlayan güclü külək gecə boyu, hətta səhər saatlarında davam edib, Nəticədə Qəbələ rayonunun elektrik təsərrüfatına, eləcə də digər infrastruktura ziyan dəyib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Qeyd olunur ki, güclü külək nəticəsində rayon ərazisində çox sayda ağac qırılıb, dam örtükləri uçub. Şəhər ərazisndə,həmçinin, bir sıra yaşayış məntəqələrində elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.
Güclü külək nəticəsində rayon ərazisində bir neçə ticarət obyektinə, fərdi yaşayış evlərinin dam örtüklərinə zərər dəyib.
Komissiyadan bildirilib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu