Lerikdə qaya parçası səbəbindən bağlanmış yol istifadəyə VERİLİB – FOTO

Lerikdə qaya parçası səbəbindən bağlanmış yol istifadəyə VERİLİB – FOTO

Hazırda oxunan: Lerikdə qaya parçası səbəbindən bağlanmış yol istifadəyə VERİLİB – FOTO

225093

Lerik rayonunun Dico kəndində iri qaya parçasının yola düşməsi nəticəsində bağlanmış Lerik-Piran-Veri-Dico yolunda hərəkət bərpa olunub.

Bildirilir ki, yolun bağlanması ilə əlaqədar sakinlər son iki gün ərzində Tikaband-Hücü-Dico yolu ilə hərəkət etməli olublar. Bu yol isə əsas marşrutdan daha uzaq idi və çətinliklər yaradırdı.

Tikaband kənd icra nümayəndəsi Bəyəli Bədəlov Bizim.Media-ya açıqlamasında bildirib ki, ərazidə iki gündür texnika işləyib:

"Bu səhər iri qaya parçası yoldan götürüldü və yol tamamilə istifadəyə verildi."

Qeyd edək ki, yolun açılması ilə sakinlərin hərəkəti yenidən asanlaşıb.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO