Həkimlər sertifikasiya imtahanlarından İMTİNA edirlər - SƏBƏBLƏR  

Həkimlər sertifikasiya imtahanlarından İMTİNA edirlər - SƏBƏBLƏR  

Hazırda oxunan: Həkimlər sertifikasiya imtahanlarından İMTİNA edirlər - SƏBƏBLƏR  

22497

“Bu ilin 5 ayı ərzində həkimlərin sertifikasiya imtahanlarını verənlərin cəmi 2 faizi imtahanlardan keçə bilməyib. Demək olar ki, hamı imtahanı uğurla verib. Belə olan halda niyə narazılıq gündən günə çoxlalır?” 

Tanınmış nevropotoloq Qalib Əsədov sosial şəbəkə hesabında həkimlərin sertifikasiya imtahanları ilə bağlı narazılıqlarından bəhs edib:

“İmtahanın əleyhinə olan həkimlərin heç birini imtahandan qorxmaqda ittiham etmək olmaz. Çünki tibb sahəsində elementar anlayışı olan hər bir kəs 50-60 suala cavabı əzbərləyib asanlıqla imtahandan keçə bilər”

Qalib Əsədov narazılıqların səbəblərini sadalayıb:

“1. Heç bir halda, xəstə ilə işləməyən kaferdra laborantlarının hazırladığı 50-60 suala cavab, 10 illik təhsilin nəticəsi kimi verilmiş diplomdan üstün ola bilməz. 

2. Xaricdən gələn həkimlərə bu imtahanı vermək tələb olunmadığı halda niyə öz həkimlərimizə belə ögey münasibət bəslənir? 

3. Niyə mən hər il demək olar ki, heç bir yeni məlumat verməyən Həkimləri Təkmilləşdirmə İnstitutuna 150 manat pul keçirib, bal almalıyam. Üstəlik də 2 həftəm belə boş boşuna keçməlidir. 

4. Nədən xaricdə olduğu kimi bizdə dünya səviyyəsində məşhur alimlərin mühazirələri, onların iştirakı ilə konfranslar təşkil olunmur? 

5. Nədən yeni müalicə qaydaları, Ümumdünya Səhiyyə Təşkilatının, müxtəlif ixtisaslar üzrə Beynəlxalq Assosiasayaların dərgiləri, orda çap olunan məqalələr, müalicə protokolları təbliğ olunmur, bu haqda elmi praktik konfranslar keçirilmir. 

6. Nədən biz təkmilləşmək üçün xarici ölkələrə üz tutmağa məcburuq? Niyə digər ölkələrlə təcrübə mübadiləsi, qarşılıqlı tibbi səfərlər təşkil olunmur? Beynəlxalq Konfranslara getmək üçün isə hər kəs öz şəxsi vəsaitindən istifadə etməlidir”. 

Qalib Əsədov bildirib ki, sertifikasiya imtahanına son deyən həkimlər əslində bürokratiyaya yox deyirlər.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO