“Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur. Hər il 60 minə yaxın şəxs müəllim olmaq istəyir. Bu müəllim nüfuzunun artması ilə bağlıdır. Müəllimlik peşəsi kifayət qədər rəqabətli peşəyə çevrilib”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, ucqar kəndlərdə ümumi orta məktəblərdə sinif sayı azlığı ilə əlaqədar ola bilər:
“Müəllim çatışmazlığı olsa belə, ucqar kəndlərdə şagird və sinif sayının az olması səbəbindən dərs saatının azlığı ilə bağlıdır. Xüsusi olaraq musiqi və təsviri incəsənət fənləri ilə bağlıdır. Çünki o fənlərin dərs saatları azdır”.
Günay Şahmar, Bizim.Media